Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndində vətəndaşlarla görüş keçirilmişdir

05 sentyabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun sərhəd kəndi olan Əsrik Cırdaxan kəndində keçirilmişdir. Tədbirdə Əsrik Cırdaxan kənd sakinləri, rayonun   ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişdir.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, bu günkü inkişafından danışmış, əldə olunan nailiyyətlərdən və uğurlardan bəhs etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırmışdır.

Cənab M. Məmmədov Əsrik Cırdaxan kəndində görülən işlərlə bağlı yerli icra nümayəndəsinin və aidiyyatı xidmət təşkilatlarının rəhbərlərinin məlumatlarını dinləmişdir. Bundan sonra kənd sakinləri kəndin elektrik təchizatının yaxşılaşdırılması, kənd xəstəxanasının istilik sisteminin quraşdırılması, rabitə xidmətinin qaydaya salınması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, kənd məktəbinin və uşaq bağçasını yeni binasının tikintisi, iş tələbi və digər məsələlərlə bağlı müraciətlər etmişlər. Sakinlər tərəfindən qaldırılan bütün məsələlər üzrə müvafiq tapşırıqlar verilmiş və onlardan bir neçəsi operativ qaydada həll edilmişdir.

Keçidlər