Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlu gənclərin bir qrupu hərbi xidmətə yola salınıb

02 iyul 2018 | 16:00

Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanından hərbi xidmətə yola düşən gənclər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Sonra mərasimdə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıb, hərbi xidmətə yola düşən gənclərə tövsiyələrini vermişdir. Diqqətə çatdırılıb ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad edib və öz döyüş qabiliyyətini göstərib.
Çıxış edənlər hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırığını səylə yerinə yetirməyi tövsiyə ediblər.
Mərasimdə çağırışçı gənclərin valideynləri çıxış edərək, hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayıblar.
Sonra çağırışçı gənclər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stentlərlə tanış olublar.
Tədbir musiqi nömrələri ilə davam etmiş, çağırışçılar, valideyn və iştirakçılar musiqi sədaları altında qol götürüb oynamışlar.
Tədbirin sonunda çağırışçılar Azərbaycan bayrağının və müqəddəs Qurani-Kərimin altından keçərək hərbi hissələrə yola düşüblər.

Keçidlər