Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin anadan olmasının 95-ci ildönümü Tovuzda böyük izdihamla qeyd olunub

10 may 2018 | 16:00

Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən söz açıb. Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətimiz öz yüksək inkişaf mərhələsini yaşayır.

Sonra parkda rayon mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə bayram konserti olub. Tədbir axşam Tovuz qalasında atəşfəşanlıq yekunlaşmışdır.

Keçidlər