Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kitab bayramı

04 may 2018 | 16:00

Tovuz Rayon Mədəniyyət Evinin qarşısında keçirilən kitab bayramında rayon icra hakimiyyəti başçısı cənab Tofiq Zeynalov, Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov, mərkəzi kitabxananın müdiri Güldərən İbrahimova və başqaları çıxış edərək, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıb, ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılığın inkişaf etdirildiyi, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırıldığı, kitab fondunun latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirildiyi vurğulanıb.

Kitab bayramında müxtəlif nəşriyyat və poliqrafiya müəssisələrinin nəşrləri sərgilənib.

Tədbirdə məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər. Kitab bayramı konsert proqramı ilə yekunlaşıb.

Keçidlər