Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə 6 rayonda, o cümlədən Tovuzda daha altı modul tipli məktəb quraşdırılacaqdır

06 aprel 2018 | 16:00

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 05 aprel 2018-ci il tarixdə  Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. O cümlədən Tovuz rayonunun Y.Alıyev adına Hacıhəsənli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin, Z.Məmmədov adına Sarıtala kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin, Şamlıq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin, Qayadibi kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin, Qoşa kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin və Quşçu Qaralar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün vəsait ayrılıb.

Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Azərbaycan Respublikasının  Təhsil Nazirliyinə ayrılıb.

Keçidlər