Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman idarəsi, Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş gənclər arasında intellektual oyun keçirilmişdir.
Oyundan əvvəl Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətləri, xüsusilə gənc nəslin inkişafına yönəlmiş təşəbbüsləri və banisi olduğu gənclər siyasəti barədə iştirakçılara məlumat verilmiş, bu istiqamətdə fəaliyyətlərin mütəmadi olaraq təşkil olunmasının vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev atasının yolunu uğurla davam etdirərək Azərbaycanı dünyanın aparıcı ölkələri sırasına çıxarmışdır.
Altı komandanın iştirak etdiyi bilik yarışmasında müvafiq olaraq l, II və III yerə layiq görülən rayon Gənclər və İdman idarəsinin, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin və Tovuz Regional "ASAN xidmət" mərkəzinin komandaları qiymətli hədiyyələr, kubok, medal və diplomlarla təltif olunmuşlar.