Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda gənc çağırışçıların hərbi xidmətə yola salma mərasimi keçirildi

02 oktyabr 2017 | 16:00

“Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2017-ci il tarixli Sərəncamına  uyğun olaraq 02 oktyabr 2017-ci il tarixdə Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında Tovuzlu çağırışçıların təntənəli hərbi xidmətə yola salma mərasimi keçirilmişdir.
Hərbi xidmətə yola düşən gənclər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra çağırışçı gənclər Heydər Əliyev Mərkəzinə gəlib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolarla tanış olublar.
Təntənəli yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərov və başqaları ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söz açıb, hərbi xidmətə yola düşən gənclərə tövsiyələrini veriblər. Qeyd olunub ki, bu gün qüdrətli Azərbaycanda Milli Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa qadir qüvvəyə çevrilib. Mərasimdə çıxış edənlər hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayıb, Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi tövsiyə ediblər.
Tədbirin sonunda çağırışçılar musiqi sədaları altında Azərbaycan bayrağının və müqəddəs “Qurani-Kərim”in altından keçərək hərbi hissələrə yola düşüblər.

Keçidlər