Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Nəzərov Ayaz Azər oğlu dəfn edildi

12 yanvar 2022 | 16:00

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər 1998-ci il təvəllüdlü  Nəzərov Ayaz Azər oğlunun nəşi bu gün Tovuz rayonuna gətirilib.

Şəhimidiz Tovuz rayonunun Bozalqanlı kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasimin sonunda şəhidin xatirəsinə yaylım atəşi açılıb və üçrəngli  Azərbaycan bayrağı təntənəli şəkildə şəhidin  qardaşı Məftun Həsənova təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər