Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Abbasov Zülfüqar Bayram oğlunun doğum günüdür

24 dekabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri  şəhid  Abbasov Zülfüqar Bayram oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq  ruhuna dualar oxuyublar.

Zülfüqar Bayram oğlu Abbasov 24 dekabr 1995-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. Sonra ailəsi ilə birgə Tovuz rayonunun Qovlar şəhərində yaşayıb. Qovlar şəhər internat məktəbini bitirib. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Zülfüqar Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zülfüqar Abbasov noyabrın 10-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Qovlar şəhərində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Abbasov Zülfüqar Bayram oğlu "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə"  və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

  Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər