Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Azərbaycan son 18 ildə” mövzusunda tədbir kiçirilib

23 dekabr 2021 | 16:00

YAP Tovuz Rayon Təşkilatının təşəbbüsü ilə Tovuz şəhər Nizami adına mədəniyyət mərkəzində  “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib.

Konfransda Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məzahir Bayramov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Məzahir Bayramov mövzu ilə bağlı ətraflı məruzə edib. O bildirib ki, yaxınlarda xalqımız Azərbaycanın dövlət müstəqilliyini bərpa  etməsinin 30-cu ildönümünü qeyd etdi. Bu dövrdə ölkəmiz çox böyük inkişaf yolu keçib. Şərəfli tariximizin yarıdan çoxu ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. 18 ildir ki, xalqımız cənab Prezidentin müəyyən etdiyi kursla uğurdan-uğura, qələbədən-qələbəyə yollar keçərək gələcəyə doğru inamla irəlləyir. Bu illər Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsidir.

Məruzəçi 2003-2021-ci illər ərzində ölkənin əldə etdiyi misilsiz nailiyyətləri faktlar və rəqəmlərlə diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, Azərbaycan Prezidentinin 2003-cü ildən başlayaraq bu günə qədər həyata keçirdiyi siyasət xalqımızın dövlətçilik tarixinin elə mühüm bir səhifəsini təşkil edir ki, bu gün də, yüz illər sonra da Azərbaycan xalqı bu tarixlə və onu yaradan lideri ilə daima fəxr edəcək. Ona görə ki, həyata keçirilən bu siyasət mümkün olmayanı mümkün etdi. Bizi nəticə etibarilə tarixi Zəfərə qovuşdurdu.  Ulu öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə də elə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Biz indi ölkəmizin son 18 ildə keçdiyi inkişaf yolunun heç də tam olmayan bir mənzərəsinə nəzər salırıq.

Bu illər ərzində xalqımız bir çox başqa xalqların bəlkə də 100 illərlə keçə bilmədiyi yenilənmə, tərəqqi, özünüdərk, milli-psixoloji transformasiya yolu keçib. Bunun təməlində  Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttinin dayandığını böyük minnətdarlıqla qeyd edirik. Bu kursu məharətlə davam etdirən Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi xalqımızı dünən, bu gün olduğu kimi sabah da yeni-yeni zəfərlərə qovuşduracaqdır.

Tədbirdə çıxış edən Statistika İdarəsinin rəisi Niyazi Tağıyev, Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü, Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Paşa Muradov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov  son 18 ildə ölkədə ayrı-ayrı sahələrdə qazanılmış uğurlardan danışmış, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların gətirdiyi böyük faydalardan bəhs etmişlər.

Konfransın yekununda çıxış edən  rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, 18 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 18 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Qələbəyədək keçdiyimiz yol da qələbəmiz qədər şərəflidir. 44 günlük Vətən Müharibəsinədək keçdiyimiz sürətli inkişaf mərhələsi əslində torpaqlarımızın güc yolu ilə azad olunmasına hazırlıq dövrü idi.

Bu dövrdə Prezident İlham Əliyev   iqtisadi, siyasi gücün hərbi güclə vəhdətini təmin etmək sahəsindəki misilsiz fəaliyyəti ilə özünün “güclü dövlət” konsepsiyasını reallaşdırırdı. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət  ölkəni qələbəyə doğru aparırdı. Peşəkar hərbi qulluqçuların hazırlanması, ordunun maddi-texniki təminatının gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atıldı.İllər ötdükcə Azərbaycanın artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında, kurslarda iştirakı təmin edildi. Azərbaycanın dövlət büdcəsindən iri həcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrıldı.

2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfədən çox artıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü ordusu reytinqində 50-ci yeri tutub. 18 ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir rəhbər müdrikliyi, bir sərkərdə cəsarəti, bir lider məharəti ilə ölkəmizi qələbədən-qələbəyə yetirir, zəfərdən-zəfərə çatdırır. Qarşıda isə yeni-yeni zəfərlərin şəfəqləri görünməkdədir. Bu yolda Dövlətimizə, Prezidentimizə və Xalqımıza uğurlar diləyirik. Bu yolun yolçusu olmaq hər birimiz üçün çox böyük şərəfdir.

 

Keçidlər