Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Amil Rüstəmovun xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

18 dekabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, RİH başçısı aparatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, şəhid Rüstəmov Amil Bədrəddin oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışında iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Dövlət himni səsləndirilmişdir.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək  ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb.

Sonra şəhid Amil Rüstəmovun anası Şöhrət Rüstəmova, A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin müəllimi Sahibə Əliyeva, Bayramlı kənd İƏD üzrə nümayəndəsi Bəxtiyar Abdıyev, şəhid Elmar Şirinovun anası Amana Nəsirova, şəhid Röyal Aslanovun atası Elzar Aslanov çıxış edərək Qarabağ müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlarından bəhs ediblər.

Xatirə bulağının açılışında məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Rüstəmov Amil Bədrəddin oğlu "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medaları ilə təltif edilib.


 

Keçidlər