Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib

12 dekabr 2021 | 01:00

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək ehtiramlarını bildirmişlər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab və jurnallarla tanış olmuş, bu fəaliyyəti özündə əks etdirən guşəyə baxış keçirilmiş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov açıq elan etmişdir. S.Ələsgərov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dövlət Gənclər siyasətindən bəhs etmiş, bu gün də uğurla davam etdirilən və şanlı qələbəmizin qazanılmasında xüsusi rol oynayan Gənclər siyasətinin tarixi əhəmiyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Daha sonra çıxış edən rayon Gənclər və İdman idarəsinin rəis müavini Vasif Abdullayev, Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin direktoru Aytəkin Qurbanova, GİKM-nin könüllülər üzrə mütəxəssisi Zülfiyyə Əliyeva və könüllü İlkin Orucov öz çıxışlarında Dövlət Gənclər siyasətini, bu siyasətin davamı olaraq rayonumuzda gənclər üçün yaradılan şəraiti xüsusi qeyd etmişlər.

Tədbirin sonunda Heydər Əliyev irsinin öyrənilməsi və təbliği üçün işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd edildi.

Keçidlər