Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Milyonların qəlbində yaşayan Lider-Heydər Əliyev” adlı tədbir keçirilib

10 dekabr 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Milyonların qəlbində yaşayan Lider-Heydər Əliyev” mövzusunda  tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, gül dəstəsləri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova açaraq bildirib ki, Heydər Əliyevin tarixi missiya daşıyan genişmiqyaslı fəaliyyəti ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə də özünü qabarıq şəkildə büruzə verməyə başladı. Azərbaycana göstərdiyi tarixi xidmətlərinə görə xalqımız Ulu Öndəri xilaskar adlandırıb. Şübhə yoxdur ki, Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun dönməz xarakter alması birmənalı olaraq Heydər Əliyevin xidməti sayılır. Xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və siyasi anarxiyadan, iqtisadi böhran kimi ümidsizlik aşılayan bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi.

Tədbirdə çıxış edən MKS-nin direktoru Güldərən İbrahimova Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, Azərbaycan dövlət müstəqilliyinin, suverenliyinin qorunub saxlanılmasından, respublikamızda bütün sahələrin inkişaf etdirilməsində misilsiz fəaliyyətindən bəhs edib.

Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, məhz Ulu Öndərin müdrikliyi, qətiyyətli iradəsi və yüksək təşkilatçılığı sayəsində iqtisadi böhran həddinə gəlib çatmış respublika ən qısa zaman kəsiyində sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil oldu. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdırıldı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını yüksəltdi, milli özünüdərk hissi gücləndi və mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük uğurlar əldə edildi.

Daha sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevə həsr olunmuş  “Şəxsiyyət” filminə tamaşa ediblər.

 

Keçidlər