Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda baramaçılığın yem bazasının gücləndirilməsi məqsədilə tut tingləri əkilir

10 dekabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə Tovuzda yeni tut bağlarının salınması davam edir.

Bu məqsədlə rayonun Qovlar şəhərində, Aşağı Mülkülü, Düz Cırdaxan və Hunanlar kəndlərində ümumilikdə 2 min ədəd yerli tut tinginin əkini prosesi aparılıb.

Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edib. Tut bağlarının uzunmüddətli yetişdirilməsi üçün dayanıqlı su təminatı nəzərdə tutulub.

Keçidlər