Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı taekvondo üzrə Respublika birinciliyinin qalibləri ilə görüşüb

08 dekabr 2021 | 16:00

29 noyabr – 05 dekabr 2021-ci il tarixində Sumqayıt şəhərində yeniyetmələr, gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçirilib.

Yarışda iştirak edən Tovuzlu taekvondoçulardan Nihat Həsənov, Kənan Əmiraslanov qızıl medal, Yusif Mərdanov, Kamil Hüseynov və Alidə Əliyeva gümüş medal qazanaraq rayonumuzu yüksək səviyyədə təmsil ediblər.

Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov Heydər Əliyev Mərkəzində qalib taekvondoçu idmançılar və məşqçi-müəllimlərlə görüşüb.

Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov keçirilən Azərbaycan birinciliyi və idmançılarımızın yarışda iştirakı barədə məlumat verib.

Daha sonra çıxış edən Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin idmana olan diqqət və qayğısından, rayonda gənclərimizin bu və digər idman növlərinə get-gedə artan marağından bəhs edərək, taekvondoçuları  yarışda qazandıqları qələbə münasibətilə təbrik edib.

İcra başçısı idmançılara və məşqçi-müəllimlərə Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını və qiymətli hədiyyələrini təqdim edib.

Sonda xatirə şəkli çəkilmişdir.

 

Keçidlər