Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

01 dekabr 2021 | 16:00

1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Tovuz Dövlət Sosial-İqtisad kollecində "STOP-AİDS, QİÇS nədir? ondan qorunun" adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Gənclər Evinin direktoru Rauf Rüstəmov və Qovlar şəhər xəstəxanasının həkimi Aydın Rüstəmov tələbələr qarşısında çıxış edərək tədbir iştirakçılarına bu ağır xəstəliyə yoluxma yolları, onun simptomları və insanların bu xəstəlikdən qorunması yolları barədə geniş məlumat verib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılmış və Kollec tələbələrini maraqlandıran suallara cavab verilib.

Keçidlər