Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə anıldı

27 noyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, kənd sakinləri şəhid Poladov Elçin Adil oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoymuşlar. Şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Elçin Poladov 2001-ci noyabrın 27-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb.

Elçin Poladov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Elçin Poladov Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 18 noyabr 2020-ci il tarixində Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Poladov Elçin Adil oğlu "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər