Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qaydada qəbul edib

27 noyabr 2021 | 01:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov onlayn qaydada vətəndaş qəbulu keçirib. Qəbulda RİH baçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat  rəhbərləri iştirak ediblər.

Keçirilən qəbul zamanı rayonun şəhər və kəndləri üzrə qəbula yazılmış 50 nəfər vətəndaşı narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər RİH başçısı tərəfindən dinlənilib.

Müraciətlər işlə təmin olunma, maddi yardım, pensiya və müavinətlərin təyinatı, özünə məşğulluq proqramına cəlb edilmə, elektrik enerjisi və təbii qazla təminat, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsələndirilən müraciətlərin bəziləri yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

 

Keçidlər