Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Tovuz şəhərində aparılan abadlıq işləri ilə tanış olub

20 oktyabr 2021 | 16:00

Rayonda həyata keçirilən abadlıq işlərinin görülməsi proqramına uyğun olaraq Tovuz şəhərinin Rövşən Məmmədov, Fariz Ələkbərov, Mehdi Hüseyn, Nizami, Əhməd Cavad, Mərdan Musayev, Ramiz Mirzəyev, Sabir küçələrində təmir-bərpa işləri görülür, yeni piyada səkiləri salınır, bardürlər düzülür, ümumi görünüşə xələl gətirən kommunikasiya xətləri nizamlanır, ətrafdakı hasarların, fərdi evlərin fasadlarında örgü və suvama işləri görülür.

Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov hal-hazırda Tovuz şəhərinin ayrı-ayrı ünvanlarında aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olmuş, görülən işlərin gedişi ilə maraqlanmış və müvafiq tövsiyyələrini vermişdir.

Keçidlər