Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin vəfatinin 13-cü il dönümü münasibəti ilə anım tədbiri keçirildi

12 dekabr 2016 | 16:00

Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi Tovuz rayonunda da Azərbaycan xalqının xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin anım günü böyük izdihamla qeyd olundu.
İlk öncə Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov və rayon ictimaiyyətinin nümayəndələri  Ulu Öndərin Tovuz şəhərindəki Heydər Əliyev meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.
Mərasim iştirakçıları daha sonra şəhərdəki Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hamını yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.
Rayonun bütün təhsil ocaqlarında Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilib, məktəblilərə dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlar barədə ətraflı məlumat verilib.

Keçidlər