Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qovlar şəhərində aparılan yol təmiri işləri ilə yerində tanış olub

14 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi hərtərəfli qayğının nəticəsi olaraq Tovuz rayonu da günü-gündən abadlaşır və aparılan tikinti-quruculuq işləri uğurla icra olunur.

Bu işlərin davamı olaraq bu günlərdə Qovlar şəhərinin əsas küçələrindən biri olan Əhməd Əliyev küçəsinə asfalt örtük qoyulmasına başlanmış və küçə müasir işıqlandırma sistemi ilə təmin olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov həmin küçədə olaraq görülən işlərlə yerində tanış olmuş, yolun təmirinin keyfiyyətli aparılmasına dair öz tapşırıqlarını vermişdir.

Son illərdə Qovlar şəhərində bir sıra abadlıq-quruculuq işləri görülmüş, küçə və prospektlər abadlaşdırılmış, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

Keçidlər