Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

09 oktyabr 2021 | 03:10

Tovuz Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin, Tovuz rayon Təhsil Şöbəsinin və Tovuz rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Byramova, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin rəhbəri Rasim Tağıyev, Tovuz Gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, müəllimlər və şagirdlər iştirak etmişlər.

Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir açıq elan olunmuşdur.

Tədbirdə RİH başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin rəhbəri Rasim Tağıyev, Tovuz rayon Gənclər və idman idarəsinin baş məsləhətçisi Yaşar Orucov və Göyəbaxan kənd ümumi orta məktəbin müəllimi Orxan Əhmədov çıxış edərək dövlət-din münasibətlərindən, ölkə Prezidentinin milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğıdan danışılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşadığı vurğulanıb. Din amilindən istifadə etmək arzusunda olan ayrı-ayrı radikal dini qrupların təbliğatına qarşı mübarizədə bütün vətəndaşların, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruri olduğu diqqətə çatdırılıb, dini radikalizmin, mövhumatın və xurafatın yaratdığı fəsadlardan bəhs edilib.

Çıxışlarda xalqımızın zəngin tolerantlıq ənənəsi, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlər barədə məlumat verilərək dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb.

Sonda tədbirdə iştirak edən gənclərə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən nəşr olunmuş kitablar paylanmışdır.

 

Keçidlər