Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidlərinin ailələri ziyarət olundu

23 sentyabr 2021 | 01:00

Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov 27 sentyabr Anım Günü ərəfəsində Vətən Müharibəsi Şəhidlərinin ailələrini ziyarət edib.

M. Məmmədov rayon ictimaiyyətinin üzvləri ilə birlikdə Almalıtala kəndində əsgər Əliyev Cavid Şaban oğlunun, Yanıqlı kəndində müddətdən artıq hərbi qulluqçu Hüseynov Emin Fərmayıl oğlunun, gizir Aslanov Babək Sakit oğlunun, Alakol kəndində müddətdən artıq hərbi qulluqçu Ələsgərov Sənan Əkram oğlunun, müddətdən artıq hərbi qulluqçu Hüseynov Cavid Hümbət oğlunun, müddətdən artıq hərbi qulluqçu İsmayılzadə Müşviq Xanlar oğlunun, Məşədilər kəndində əsgər Mirzəyev Eltac Fizuli oğlunun ailələrinə baş çəkmiş, ailə üzvləri ilə söhbət aparmış, onların qayğılarını dinləmişdir.

İcra başçısı daha sonra şəhid ailələri ilə birlikdə şəhidlərimizin qəbrlərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoymuşdur. Şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Şəhid ailələri M. Məmmədovla söhbət zamanı Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər