Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Anım Günü ərəfəsində şəhid ailələrinin ziyarəti davam etdirilir

21 sentyabr 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov və rayon ictimaiyyətinin nümayəndələrinin 27 sentyabr Anım Günü ərəfəsində şəhid ailələrinə ziyarətləri davam edir.

M. Məmmədov Tovuz şəhərində Vətən Müharibəsi Qəhrəmanı Cabbarov Orxan Rövşən oğlunun, əsgər Şirinov Elmar Cəbrayıl oğlunun, əsgər Rüstəmov Amil Bədrəddin oğlunun, Düz Cırdaxan kəndində əsgər Əsgərov Kamran Bayram oğlunun, Aşağı Mülkülü kəndində baş leytenant Eminalıyev Orxan Eyvaz oğlunun, Xatınlı kəndində müddətdən artıq hərbi qullquçu Əmrahov Vüqar Mübariz oğlunun, gizir Abbasov Əhməd Fazil oğlunun, Qaraxanlı kəndində müddətdən artıq hərbi qulluqçu Vəlixanov Rövşən Aydın oğlunun ailələrinə baş çəkmiş, ailə üzvləri ilə birlikdə şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların qayğıları ilə maraqlanmışdır.

Qeyd edək ki, bu gün Tovuz şəhərindən olan şəhidimiz baş leytenat Eyvazov Samir Elmar oğlunun ad günüdür. İcra hakimiyyətinin başçısı və şəhidimizin ailə üzvləri Samir Eyvazovun qəbrini ziyarət etmiş, məzarı önünə gül dəstələri qoymuşdur. Şəhidlərimizin ruhuna dualar oxunmuşdur.


 

 

Keçidlər