Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Günü ərəfəsində Tovuz Rayon İcra Hakimiyyəti Başçısının şəhid ailələrinə ziyarəti davam edir

15 sentyabr 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon ictimaiyyətinin üzvləri ilə birlikdə 27 sentyabr Anım Günü ərəfəsində şəhid ailələrinə ziyarətini davam etdirir.

M. Məmmədov Qaralar kəndində müddətdən artıq hərbi qulluqçu Qasımov Mustafa Dadaş oğlunun, Qonaqlı kəndində müddətdən artıq hərbi qulluqçu Hüseynov Mustafa Ələddin oğlunun, Koxanəbi kəndində müddətdən artıq hərbi qulluqçu Ələkbərov Muraz Məzahir oğlunun, Bayramlı kəndində baş gizir Yusifov Mehman Musa oğlunun, Əsrik Cırdaxan kəndində gizir Şəkərov Xəyal İman oğlunun, baş leytenant Hüseynov Əfşan Əbülfəz oğlunun ailələrinə baş çəkmiş, ailə üzvləri ilə birlikdə şəhidlərimizin məzarlarını ziyarət etmiş, ailələrin qayğıları ilə maraqlanmışdır. Qeyd edək ki, bu gün Əsrik Cırdaxan kəndindən olan şəhidimiz müddətdən artıq hərbi qulluqçu Əliyev Hüseyn Sahib oğlunun ad günüdür. İcra hakimiyyətinin başçısı rayon ictimaiyyəti və şəhidimizin ailə üzvləri ilə birlikdə Hüseyn Əliyevin qəbrini ziyarət etmiş, məzarı önünə gül dəstələri qoymuşdur. Şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Ziyarət olunan bütün şəhid ailələrinin üzvləri Ali Baş Komandan İlham Əliyevin diqqəti ilə bağlı öz razılıqlarını dilə gətirmiş, göstərilən qayğı üçün minnətdarlıqlarını bildirmişlər.

Keçidlər