Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Şəkərov Xəyal İman oğlunun doğum günüdür

01 sentyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin məsul əməkdaşları şəhid Şəkərov Xəyal İman oğlunun doğum günündə məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoymuşlar.

Xəyal Şəkərov 1998-ci il sentyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Xəyal Şəkərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Xəyal Şəkərov oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, həmçinin döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiynə görə “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

 

Keçidlər