Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən müharibəsi şəhidlərinin övladlarına “Tık-tık” xanım tamaşası nümayiş olunub

31 avqust 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladlarına Tovuz rayon Mədəniyyət Mərkəzində Xalq teatrının hazırladığı Abdulla Şaiqin eyni adlı nağılı əsasında səhnələşdirilən "Tık-tık" xanım tamaşası nümayiş olunub.

Tık-tık xanım, çoban, tülkü, siçan bəy, pişik bəy və atlılar kimi obrazların yer aldığı tamaşa şəhid övladlarının böyük marağına səbəb olub, rəngarəngliyi ilə yüksək əhval-ruhiyyə yaradıb.

Sonda şəhid övladlarına hədiyyələr təqdim olunub.

Valideyinlər onların övladlarına göstərilən diqqətə görə teatırın aktyorlarına təşəkkür etdilər və xatirə şəkili çəkdirdilər.

Keçidlər