Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhidimiz Ayvazov Həsən Cəlil oğlunun doğum günüdür

21 avqust 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin məsul əməkdaşları şəhid Ayvazov Həsən Cəlil oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyublar.

Həsən Ayvazov 2000-ci il avqustun 21-də Tovuz rayonunun Pələkli kəndində anadan olub. V. Rəhmanov adına Pələkli kənd ümumi orta məktəbində təhsil alıb.

Həsən Ayvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsgər Ayvazov Həsən Cəlil oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər