Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mirzəyev Eltac Fizuli oğlunun doğum günüdür

19 avqust 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin və rayon Gənclər və İdman iradəsinin məsul əməkdaşları şəhid Mirzəyev Eltac Fizuli oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq  ruhuna dualar oxuyublar.

Eltac Mirzəyev 2000-ci il avqustun 18-də Tovuz rayonunun Məşədilər kəndində anadan olub. 2006-2017-cı illərdə Ş.İ.Xətai adına Köhnəqala kənd orta məktəbində təhsil alıb. 

Eltac Mirzəyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Eltac Mirzəyev noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Mirzəyev Eltac Fizuli oğlu "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər