Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Mirzəyev Ceyhun Zirəddin oğlunun doğum günüdür

12 avqust 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları və Əyyublu kənd ictimaiyyətinin nümayəndələri şəhid Mirzəyev Ceyhun Zirəddin oğlunun məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyublar.

Şagirdlər şəhidlərimizin qəhrəmanlığından bəhs edən vətənpərvərlik mövzusunda şerlər səsləndiriblər.

Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Ceyhun Mirzəyev 12 avqust 1996-cı ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 2002–2013-cü illərdə E. Bayramov adına Əyyublu kənd tam orta məktəbində təhsil alıb. Ceyhun Mirzəyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Könüllü olaraq Vətənin çağırışına yollanan Ceyhun Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan ikinci Qarabağ müharibəsi zamanı Zəngilan, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Ceyhun Mirzəyev noyabrın 9-da Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsgər Mirzəyev Ceyhun Zirəddin oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər