Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlular vaksinasiyada fəallıq göstərirlər

10 avqust 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq regionlarda əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.

Tovuz rayonunda da hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi icra olunur. Avqust ayının 4-dək Tovuz rayonu üzrə yaşı 18-dən yuxarı olan vətəndaşlara ümumilikdə 87min 22 doza vaksin vurulub. Bunlardan 52min 590 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunanlardır.

Qeyd edək ki, rayonda vaksinasiya işi yaxşı təşkil olunub. Adamlar könüllü şəkildə tibb müəssisələrinə gəlir və peyvənd olu­nurlar. Təbii ki, rayon icra hakimiyyətinin, müvafiq strukturların bu sahədə səfərbəredici fəaliyyəti , apardığı ideoloji iş də öz səmərəsini verir. İcra hakimiyyətinin facebo­ok səhifəsində “Əziz tovuzlular! Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qo­runması üçün, peyvənd olunmağa çağırırıq” sözləri tez-tez təkrar olunur.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər