Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda barama istehsalı uğurla davam edir

16 iyun 2021 | 16:00

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Ölkə Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr Tovuzda da uğurla yerinə yetirilir.

Cari ildə  rayonda 200 qutu barama toxumu gətirilərək baramaçılıqla məşğul olan  kümçülərə paylanmış və 8 ton barama istehsalı gözlənilir. Artıq kümxanalarda yaş baramanın istehsalına başlanmışdır. Bu günə kimi “Azəripək” MMC-nin rayondakı qəbul məntəqəsinə ümumilikdə 6807 kq  yüksək keyfiyyətli yaş barama təhvil verilib.

Keçidlər