Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid ailələrinin məşğulluğu da diqqətdə saxlanılır

03 iyun 2021 | 16:00

Ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissələrindən biri də onların məşğulluğunun təmin edilməsidir.

Tovuz rayonunda da Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə lazımi diqqət və qayğı göstərilir. Belə ki, şəhid ailələrinin mənzil-məişət şəraiti, məşğulluğu və onları maraqlandıran digər məsələlər öyrənilir, həlli istiqamətində müvafiq tədbirlər görülür. Bu tədbirlər çərçivəsində şəhidlərimizin ailə üzvləri münasib işlə təmin edilir. 

Şəhidlərin ailə üzvlərinin arzu və istəklərinə uyğun olaraq mövcud vakansiyalar öyrənilir və müvafiq peşə bacarıqlarına uyğun olaraq onlara təklif olunur.  Son zamanlar aşağıda adları göstərilən şəhid ailələrinin üzvləri işlə təmin olunublar:

- Şəhid Quliyev Ruslan Şaxsəddin oğlunun həyat yoldaşı Quliyeva İlahə Etibar qızı Dondar Quşçu kənd körpələr evi-uşaq bağçasında;

- Şəhid Əliyev Əmrah Ürfət oğlunun həyat yoldaşı Əliyeva Leyla Hilal qızı Dondar Quşçu kənd körpələr evi-uşaq bağçasında;

- Şəhid Yusifov Elbrus Şəmsi oğlunun həyat yoldaşı Yusifova Günay Elşən qızı Ağdam kənd uşaq bağçasında;

- Şəhid Yusifov Münasib Mübariz oğlunun bacısı Yusifova Gilə Mübariz qızı isə 2 saylı Tovuz şəhər körpələr evi-uşaq bağçasında;

- Şəhid Mehdiyev Seymur Hüseyn oğlunun anası Mehdiyeva Nüşabə İmran qızı Tovuz şəhər “Qərənfil” körpələr evi-uşaq bağçasında;

- Şəhid Əkbərov Vüqar Seyid oğlunun bacısı Əkbərova Şahnaz Seyid qızı Tovuz şəhəri “Qərənfil” körpələr evi-uşaq bağçasında;

- Şəhid Aslanov Röyal Elzar oğlunun anası Aslanov İlhamə Nağı qızı 3 saylı Tovuz şəhər körpələr evi-uşaq bağçasında;

- Şəhid Mirzəyev Ceyhun Zirəddin oğlunun anası Mirzəyevə Qiyafət Qarakişi qızı Əyyublu kənd 1 saylı körpələr evi-uşaq bağçasında;

- Şəhid Bədirov Nəcməddin Nürəddin oğlunun anası İsmayılova Qərənfil Mövsüm qızı Düz Qırıqlı kənd körpələr evi-uşaq bağçasında;

- Şəhid Əliyev Asim Nuru oğlunun atası Əliyev Nuru Hüseyn oğlu Düz Qırıqlı kənd musiqi məktəbində;

- Şəhid Nağıyev Pərviz Güloğlan oğlunun atası Nağıyev Güloğlan Polad oğlu Tovuz subartezian quyularının istismarı idarəsində;

- Şəhid Eminalıyev Orxan Eyvaz oğlunun qardaşı Eminalıyev Vasif Eyvaz oğlu Tovuz Suvarma Sistemləri idarəsində;

- Şəhid Hüseynov Mustafa Ələddin oğlunun qardaşı Hüseynov İsmət Ələddin oğlu “26 saylı Yol İstismarı” MMC-də;

- Şəhid Fərzalıyev Samiq Misir oğlunun anası Fərzalıyeva Mətanət Ənvər qızı M.Novruzov adına Çeşməli kənd tam orta məktəbdə;

- Şəhid Şirinov Elmar Cəbrayıl oğlunun anası Nəsirova Amana Tahir qızı E.Məmmədov adına Tovuz şəhər tam orta məktəbdə.

İşlə təmin olunan şəhid ailələrinin üzvləri onların bütün qayğılarına diqqətlə yanaşıldığına görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tovuzda şəhid ailələrinin üzvlərinin məşğulluğunun təmin edilməsi məsələləri nəzarətdə saxlanılır.

Şəhidlərimizin ruhuna ehtiramımız əbədidir.

Keçidlər