Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir

12 aprel 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuz rayonunda vaksinasiya prosesi davam etdirilir.

Hazırda rayonda yaşı 40-dan yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır. Bu günədək Tovuz rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 40-dan yuxarı olan vətəndaşlara ümumilikdə 24956 doza vaksin vurulub. Bunlardan 8853 nəfəri koronavirus infeksiyasına qarşı ikinci doza peyvənd olunanlardır.

Vaksinləşmə prosesi uğurla davam etdirilir.

 

Keçidlər