Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Novruz bayramı ilə əlaqədar şəhid ailələri ziyarət edilmişdir

24 mart 2021 | 16:00

Tovuz rayonunda şəhid ailələrinə diqqət və qayğıkeşlik göstərilir, onların arzu və istəkləri öyrənilir, həlli istiqamətində lazımi işlər görülür. Elə bu günlərdə - Novruz bayramı ərəfəsində rayon rəhbərliyi bir qrup şəhid ailəsini ziyarət etmişdir.

Qovlar şəhərində Xətai Həsənovun, Düz Cırdaxan kəndində Kamran Əsgərovun, Cəlilli kəndində İlqar Zeynallının, Aşağı Mülkülüdə Orxan Eminalıyevin, Xatınlıda Vüqar Əmrahovun, Qaraxanlıda Rövşən Vəlixanovun, Abulbəylidə Röyal Aslanovun, Emin Mahmudovun, Aşağı Öysüzlüdə Seymur Mehdiyevin, Fikrət Zeynallının, Yuxarı Öysüzlüdə Yusif Ələsgərovun, Vüqar Əkbərovun, Münasib Yusifovun, Elmar Əhmədovun, Əlibəylidə Sərxan Həsənovun, Anar Hüseynovun, Ağdam kəndində Elburus Yusifovun, Dondar Quşçuda Ruslan Quliyevin, Hüseyn Quliyevin, Əmrah Əliyevin, Aşağı Quşçuda Elvin Qurbanlının, Füzuli Süleymanovun, Həsrət Ələsgərovun, Atəş Aslanovun, Elburus Verdiyevin, Rəcəb Hüseynovun, Elçin Poladovun, Aran kəndində Vasif Heydərovun ailələri ziyarət olunmuş, onlara bayram sovqatı verilmişdir.

Ziyarət zamanı şəhidlərin xatirələri yad edilmiş, Azərbaycanın haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi göstərdikləri diqqətə çatdırılmış, onların həyat yolunun bundan sonrakı nəsillərə örnək olduğu vurğulanmışdır.

Şəhidlərimizin döyüş yolundan söz açan valideynlər övladlarının qəhrəmanlığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək dövlət səviyyəsində şəhid ailələrinə göstərilən qayğıkeşlikdən, xüsusilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələrinə diqqətindən razılıqlarını bildirmişlər.

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər